"AZGRANATA" MMC əmək yarmarkasında iştirak edib - VİDEO


  • 24 May 2022 12:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı tərəfindən mayın 19-da Şamaxıda əmək yarmarkası keçirilib.

E-huquq.az xəbər verir ki, əmək yarmarkasında işaxtaranlara Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fəaliyyət göstərən, ümumilikdə 25 idarə, müəssisə və təşkilatlardan 250-dən çox vakant iş yeri təklif olunub.

Ağsu rayonundan "AZGRANATA" MMC yarmarkada 31 vakant iş yeri ilə təmsil olunub.

Şirkətin İnsan Resursları şöbəsinin müdiri Şəhriyar Əliyarlı yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırıb, bu müəssisədə karyera qurmaq istəyində olan şəxslərə məsləhətlər verib və onların müraciət anketlərini qəbul edib. Daha sonra müraciət edənlərin bilik və bacarıqları yoxlanılaraq 21 nəfərin işlə təmin olunmasında köməklik göstərilib.

Oxşar xəbərlər