Məzmuna keç

MTN polkovniki Səlim Məmmədov əfv edildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində şöbə rəisi, polkovnik Səlim Məmmədovun əfv edilib.

E-huquq.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı ona da şamil edilib.

Qeyd edək ki, S. Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Səlim Məmmədov Akif Çovdarovun idarəsində şöbə rəisi olub.