Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Arximed” tipli hidroelektrik stansiya, alternativ enerjinin istehsalı üçün süni göl və 62 nömrədən ibarət otel kompleksində aparılan işlərlə tanış olublar.
E-huquq.az xəbər verir ki, görüşdə məlumat verilib ki, süni gölün yaradılması üzrə qazma və 3-cü gil izolyasiya qatının kipləşdirilmə işləri başa çatdırılıb, 4-cü qat gil izolyasiya işləri davam edir.
Göründüyü kimi, Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.
