Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.
E-huquq.az xəbər verir ki, sərəncam bu müəssisədəki məhkumlardan 11 nəfərə şamil olunub. Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.
Azadlığa buraxılanlardan üç nəfəri Gəncə hadisələrinə görə həbs edilən məhbuslardır.
Onlara müvafiq ərizələr təqdim edildikdən sonra azadlığa buraxılıblar.
