Məzmuna keç

“İnsan Hüquqları” natiqlik müsabiqəsinin I buraxılışının qalibləri məlum oldu –

28 may tarixində Yelo Bankın Baş ofisində bankın təşkilati və maliyyə dəstəyi ilə ELSA Azərbaycan tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan “İnsan Hüquqları” natiqlik müsabiqəsinin final mərhələsi keçirilib.

E-huquq.az xəbər verir ki, finalçıların çıxışları sahə üzrə təcrübəli vəkil və natiqlik sahəsi üzrə mütəxəssis münsiflər tərəfindən qiymətləndirilib və qiymətləndirmə nəticələrinə əsasən Bakı Dövlət Universitetin hüquq fakültəsinin tələbələri – Siyavuş Bağırov I, Azadə Məmmədzadə II, Xatun Əlizadə isə III yerə layiq görülüb.

Mükafatlandırma mərasimində ELSA Azərbaycanın Akademik Fəaliyyətlər üzrə vitse-prezidenti Səbinə Zülfiyeva və müsabiqənin münsifləri çıxış edib, sonda qaliblərin mükafatları və təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, ELSA Avropanın 44 ölkəsində 350-dən çox şəhər və universiteti, həmçinin 60 000-dən çox gənci özündə birləşdirən dünyanın ən böyük hüquq gəncləri və tələbələri təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə, Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ildə qoyulub.