Məzmuna keç

Sabah Moskvada Üçtərəfli İşçi Qrupun iclası olacaq

Sabah Moskvada regional kommunikasiyaların bərpası üzrə Üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisindən news.am-a bildirilib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrupu sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.

Azərbaycan və Ermənistanın sərhəddə delimitasiya və təhlükəsizlik komissiyalarının Moskvada keçiriləcək növbəti iclasına gəlincə, görüşün vaxtı hələlik açıqlanmayıb.