Məzmuna keç

Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

Hələlik Ermənistan tərəfindən Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı müraciət daxil olmayıb.

Hələlik Ermənistan tərəfindən Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı müraciət daxil olmayıb.

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.

O bildirib ki, iştirak onlayn şəkildə həyata keçirilir:

“Sammitdə iştirak etmək istəyənlər ərizə verir. Hələlik Ermənistan tərəfindən müraciət daxil olmayıb”.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.

Mənbə: Trend