"Türkiyənin Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanı regionda sülhdə maraqlı olan tərəfə çevirmək cəhdləri davam edəcək".
E-huquq.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin komitə iclasında deyib.
"Cənubi Qafqazda sülh və rifah üçün Ermənistanla normallaşma prosesini həyata keçiririk", – nazir bildirib.
Çavuşoğlu Azərbaycanla müdafiə, enerji, logistika, nəqliyyat sahələrində, eləcə də işğaldan azad edilmiş torpaqların bərpasında hərtərəfli əməkdaşlığın davam etdiyini vurğulayıb.
