Məzmuna keç

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fatiki hava barədə məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fatiki hava barədə məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən e-huquq.az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s- dək mülayimləşib.

Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Noyabrın 4-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi 5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.