Məzmuna keç

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq.

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətini dayandıracaq.

Bu barədə e-huquq.az-a bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar inzibati prosedurlara başlanılıb və ilk addım olaraq Perunun Bakıdakı səfirliyinin konsulluq şöbəsi yalnız dekabrın 15-dək fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Peru səfirliyi Azərbaycandakı fəaliyyətini 2020-ci il martın 1-də tamamilə dayandıracaq.

"Bu tarixdən sonra maraqlananlar Perunun Ankaradakı səfirliyi ilə əlaqə saxlamalıdırlar", – diplomatik nümayəndəlikdən vurğulayıblar.

Xatırladaq ki, Azərbaycanda Peru səfirliyi 2017-ci ilin iyun ayında açılıb.