Məzmuna keç

Ötən ay ərzində “Azəriqaz”a daxil olan müraciətlərin sayı açıqlandı

2023-cü ilin yanvar ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinə ümumilikdə 1399 müraciət daxil olub.

E-huquq.az-ın məlumatına görə, bunu Birliyin Şikayətlərin araşdırılması şöbəsinin sədri İbrahim Kərbalayev "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, 594 müraciət “Opentext” proqramı vasitəsilə, 805 müraciət isə elektron formada edilib.

"Ötən ilin yanvar ayı ilə müqayisədə müraciətlərin sayında azalma olub. Müraciətlər əsasən, təbii qaza görə yaranan borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xətlərinin və sayğaclarının yerinin dəyişdirilməsi kimi məsələlərlə bağlı olub", – deyə şöbə rəisi qeyd edib.

Eltac Nurullazadə