Məzmuna keç

“Başak Group” barədə inzibati protokol tərtib olundu

"Başak Group" MMC-ə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nizami rayon məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Başak Group" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Eltac Nurullazadə