Məzmuna keç

Rusiya və Azərbaycan səfirləri iki ölkə arasında əlaqələrin gücləndirilməsini müzakirə ediblər

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov və Azərbaycanın bu ölkəyə təyin olunmuş səfiri Muxtar Məmmədov arasında görüş keçirilib, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri Rusiya-Azərbaycan əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə aktual məsələlərinə toxunublar", – diplomatik nümayəndəlikdən məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, bu ilin yanvarında Muxtar Məmmədov diplomatik nümayəndəliyin rəhbəri təyin edilib.