"Agro Art" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa ,"Agro Art" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Eltac Nurullazadə
