Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin sessiyasında iştirak edəcək


  • 20 Mart 2023 07:57

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar İbrahimovun rəhbərliyi ilə iştirak edəcək.

E-huquq.az xəbər verir ki, sessiya martın 21 və 23-də Strasburq şəhərində keçiriləcək.

Konqresin 44-cü sessiyasında Avropa Şurasının Baş katibi Mariya Peyçinnoviç Buriç və Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koksun çıxışları nəzərdə tutulur.

Oxşar xəbərlər