- 29 May 20:58
Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində onlar tapılıblar.
Hazırda Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
***
17.48
Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.
DİN Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.
Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.