- 19:34
Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin qanunsuz daşımaları müşayiət etməsi barədə xəbərində bildirilir.
“Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir”, - Müdafiə Nazirliyindən bildirilib.