- 19:05
“İran rejiminə son zərbəni Təbriz vuracaq”.
E-huquq.az-ın məlumatına görə, “Report” “Guney AZfront”a istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib.
Onun sözlərinə görə, İranın Azərbaycana qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqla qarşılaşıb.
S.Yusifi İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib:
“İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycanla Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Amma Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər”.