Məzmuna keç

Gömrük Komitəsi “Araz Supermarket”ə cərimə yazdı

"Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkətə qarşı Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsi 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Araz Supermarket" inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə