"İnternational Medical Centre-Bakı" QSC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, xəstəxana barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "İnternational Medical Centre-Bakı" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
