Məzmuna keç

“Mətanət-A” cərimələndi

Dövlət Gömrük Komitəsi "Mətanət-A" şirkətinə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Mətanət-A" min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasəının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə