Məzmuna keç

Mərkəzi Bank “Bakinşaat Group”a cərimə yazdı

"Bakinşaat Group" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Mərkəzi Bank tərəfinsən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı aprel ayının 5-nə təyin olunub.

Eltac Nurullazadə