Məzmuna keç

“AS İnşaat-N” barədə protokol tərtib olundu

"AS İnşaat-N" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa , "AS İnşaat-N" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə