"Bu il 67 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1952 aktın qanunamüvafiq olmadığı müəyyən edilərək onlar ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilən torpaq sahələri geri qaytarılıb".
E-huquq.az xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.
O bildirib ki, bələdiyyələr tərəfindən yol verilən cinayət xarakterli pozuntularla bağlı 24 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib:
"Bununla yanaşı, bələdiyyələrə 9000-ə yaxın tövsiyə verilib, 25 metodik vəsait hazırlanıb, 8300-ə yaxın bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunub".
