Məzmuna keç

Şaiq Mirzəyev: “Fazil Mustafaya qarşı terror aktı qəti şəkildə pislənməlidir”

"Dəyərli millət vəkilimiz Fazil Mustafaya qarşı törədilən silahlı hücum dəhşətli terror aktıdır və qəti şəkildə pislənməlidir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.

O, sui-qəsdi törədənlərin qısa zamanda müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunacağına əminliyini bildirib.

"Azərbaycanın həm daxildə, həm də beynəlxalq aləmdə əldə etdiyi nailiyyətləri, artan gücünü həzm edə bilməyən düşmən qüvvələr ölkəmizdə sabitliyi pozmaq istəyirlər. Lakin onlar dərk etməlidirlər ki, bu cür təxribatlarla Azərbaycan dövlətini və xalqını heç kim qorxuda bilməz. Artıq faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində müvafiq maddələrlə cinayət işi başlanılıb və təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Əminəm ki, ən qısa zamanda hüquq-mühafizə orqanları bu əməli törədənlərin aşkar olunmasını təmin edəcək. Hörmətli ziyalımız, dəyərli dostumuz Fazil müəllimə Allahdan şəfa diləyirəm", – deyə vəkil qeyd edib.