Məzmuna keç

Yusif Bağırzadə: “Bu terror aktının həm sifarişçiləri, həm də icraçıları mütləq şəkildə öz cəzalarını alacaqlar”

“Bu terror aktının həm sifarişçiləri, həm də icraçıları mütləq şəkildə öz cəzalarını alacaqlar”.

Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş sui-qəsdlə bağlı danışarkən deyib.

O bildirib ki, deputata qarşı edilən silahlı hücum birmənalı olaraq terror aktıdır.

"Hörmətli Fazil bəy uzun müddətdir ki, ictimai-siyasi fəaliyyətlə məşğuldur və hər kəs onun Azərbaycan yönəlik təzyiqlərə qarşı daim öz sözünü dediyini, inandığı dəyərləri necə müdafiə və təbliğ etdiyini yaxşı bilir. Təbii ki, bu hadisənin arxasında Azərbaycana mesaj verməklə yanaşı, həm də ölkəmizdə sabitliyin pozulmasını istəyən, xalqımızda qorxu yaratmağa cəhd edən qüvvələr dayanır. Lakin o qüvvələr bilməlidirlər ki, heç bir təhdid nə dövlətimizi nə də insanımızı düşmənə boyun əyməyə məcbur edə bilməz. Fazil bəyin də tezliklə sağlamlığına qovuşaraq mübarizəsini qaldığı yerdən davam edəcəyinə, eləcə də terror aktının icraçı və sifarişçilərinin açkar olunaraq layiqli cəzalarını alacaqlarına heç bir şübhə yoxdur”, – deyə Y.Bağırzadə qeyd edib.

Lalə Salmanova