- 29 May 20:58
Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verəcək.
E-huquq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Tviter" hesabında yazıb.
"Dostluq və qarşılıqlı etimad kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail münasibətləri birgə təşəbbüslərlə daha da zənginləşir",- nazir qeyd edib.