"Dokta" cərimələndi


  • 30 Mart 2023 09:59

"Dokta" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, apteklər şəbəkəsi barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 451-ci (Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Dokta" MMC” yüz əlli manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə

Oxşar xəbərlər