- 29 May 20:58
“Bakı və İrəvan bir-birilə razılığa gələ bilər və bu məqsədlə onlar üçün şərait yaradılmalıdır”.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “News.Ru”nun jurnalistinin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda destruktiv mövqe nümayiş etdirir: “Aydındır ki, Brüssel Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında və mövqelərinin yaxınlaşmasında maraqlı deyil. Əksinə, Aİ Bakı ilə İrəvan arasında ziddiyyətləri dərinləşdirir”.