Cari ilin 3 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı mərkəzinə 313 294 müraciət daxil olub.
E-huquq.az xəbər verir ki, bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, müraciətlərin 223 028-i Bakı şəhəri, 40 mini Abşeron rayonu, 5 567-i Sumqayıt şəhəri, 15 mini isə regionların payına düşür.
"Bunların əksəriyyəti sayğacla bağlı və məlumat xarakterli müraciətlər olub. Edilən müraciətlərin icrası operativ şəkildə təmin olunub", – deyə Xalidə Şimşək bildirib.
Eltac Nurullazadə
