"Gloria Palace" Mənzil-Tikinti Kooperativinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, MTK barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Gloria Palace" inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
