Məzmuna keç

Gömrük Komitəsi Zəyəm Texnologiyalar Parkına cərimə yazdı

"Zəyəm Texnologiyalar Parkı" ASC-nə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, ASC barədə aidiyyəti Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsnin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Tovuz Rayon Məhkəməsidə hakim Fərid Əliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Zəyəm Texnologiyalar Parkı" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə