Məzmuna keç

“Zeytun” aptekə cərimə protokolu yazıldı

"Zeytun Pharmaceuticals" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, apteklər şəbəkəsi barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 451-ci (Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Zeytun Pharmaceuticals" yüz əlli manat məbləğində cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı aprel ayının 13-nə təyin olunub.

Eltac Nurullazadə