Məzmuna keç

Saatlı Rayon Əmək və Məşğulluq Mərkəzinə cərimə yazıldı

Saatlı Rayon Əmək və Məşğulluq Mərkəzinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, Mərkəz barədə aidiyyəti orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilib və hakim Ramiz Nurullayevin icraatına verilib.

Protokol təsdiq olunsa, Saatlı Rayon Əmək və Məşğulluq Mərkəzi üç yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclası aprelin 13-nə təyin olunub.

Eltac Nurullazadə