Məzmuna keç

Azərbaycanda müharibədən sonra minaya düşüb ölən və yaralanan şəxslərin sayı açıqlandı

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir”.

E-huquq.az xəbər verir ki, bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yer alıb.

Qeyd olunub ki, bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub:

“2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”.