"Çinar-Trans" MMC məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, daşıyıcı şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protkol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Çinar-Trans" üç yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
