Azərbaycan İnşaat İnvestisiya Qrupuna cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, ASC barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsi 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Səfərovun icraatına verilib.
Protokol təsdiq olunsa, Azərbaycan İnşaat İnvestisiya Qrupu üç yüz manat məbləğində cərimə ediləcək.
Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin olunub.
Eltac Nurullazadə
