"Aprelin 8-də profilaktik işlərlə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı mərkəzinə zəng etmək mümkün olmayaq".
E-huquq.az xəbər verir ki, bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, abonentlər müraciətlərini qurumun rəsmi saytındakı (azeriqaz.az) onlayn çat vasitəsilə edə bilərlər.
"Abonentlər üzləşdikləri problem barədə qısa formada yazaraq əlaqə nömrələrini də qeyd etsinlər. Şöbənin əməkdaşları onların müraciətlərini müvafiq olaraq yönləndirəcək. Həmçinin 0773104104 "WhatsApp" nömrəsi vasitəsilə də müraciətlərini edə bilərlər", – deyə X.Şimşək bildirib.
Lalə Salmanova
