Məzmuna keç

“Azer Tech” cərimələndi

"Azer Tech" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC barədə İnzibati Xətalar Məcəlləsnin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Naxçıvan Şəhər Məhkəməsində hakim Qabil Məmmədovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Azer Tech" MMC min beş yüz manat məbləğində cərimə edilə bilər.

Eltac Nurullazadə