"Buta Farm" apteklər şəbəkəsinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şəbəkə barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq.
Protokol təsfiq olunarsa, "Buta Farm" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
