"Starlab Klinikası" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, klinika barədə barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 221.1 ci (Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Starlab Klinikası" beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
