Xəbər verdiyimiz ki, Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İlk Prezident təqaüdçüləri” layihəsini təqdim edib.
E-huquq.az xəbər verir ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı DİM-in Tədbirlər Planına uyğun olaraq həyata keçirilən layihənin növbəti iştirakçısı Ülvi Zülfüqarov olub.
O, Ulu Öndərlə keçirilən görüş barədə xatirələrindən danışıb. Həmçinin Heydər Əliyev haqqında düşüncələrini bölüşüb.
Qeyd edək ki, Ü.Zülfüqarov Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb.
Ötən müddətdə xidməti fəaliyyətində fərqlənərək müxtəlif yüksək dövlət təltiflərinə layiq bilinmiş Ülvi Zülfüqarov hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovnikidir.
