"A-Medical" şirkətinin direktoru Ziba Valehovanın e-huquq.az-a müsahibəsi
– Ziba xanım, maraqlıdır, sizi tibbi turizm sahəsində gətirən nə oldu? Necə oldu ki, bu şirkəti qurdunuz?
– Əvvəla onu deyim ki, mən tibbi turizm sahəsində 7 ildən çoxdur ki, fəaliyyət göstərirəm. Bir dəfə təsadüfən məndən kömək istəyən bir şəxsə xaricdə müalicəsinin təşkili, xəstəxana seçimi və s. barədə kömək etdim. Nəticədən razı qalan həmin şəxs bir neçə nəfəri də mənə yönləndirmişdi. Artıq bir neçə dəfə bu prosedurları icra etdikdən sonra gördüm ki, bu işi bacarıram. Beləcə bu sahədə araşdırmalara başladım və fəaliyyətimi genişləndirdim. Artıq mənə edilən müraciətlərin sayı artırdı. Beləliklə, 7 il keçdi. Bu müddət ərzində hansı ölkələrdə, hansı klinikalarda müalicə səviyyəsi daha yüksəkdir, pasientlərin hansı xəstəxanalardan məmnun qaldıqları haqqında məlumatlar topladım. Qərara gəldim ki, bütün bu təcrübələrə əsaslanaraq “A-Medical” şirkətini qurum. Türkiyədə bütün tanıdığım və güvəndiyim klinkalarla əməkdaşlıq qurmağa başladım. İlk pasientim neyroblostoma xəstəliyindən əziyyət çəkən 7 yaşlı Şəfa Ramazanova idi. Həkimlər onun müalicəsinin Bakıda mümkün olmadığını bildirmişdi. Ona görə bu iş üzərimə böyük bir məsuliyyət qoydu. Onu Türkiyənin ən yaxşı klinikalarından birinə yönləndirdik. Özüm də bütün prosedurlarda xəstənin yanında oldum. Şükür ki, müalicə uğurla başa çatdı və yaxın zamanda balaca Şəfa Azərbayacana geri dönəcək.
– Hazırda tibbi turizm daha çox hansı ölkələrdə inkişaf edib?
– Türkiyədən sonra daha çox Almaniya, İsrail, İtaliya, İspaniya da tibbi turizim çox yaxşı inkişaf edib. Qiymət baxımından nəzər salsaq, Almaniyada qiymətlər Türkiyədən 2 dəfə bahadır. İtaliya və İspaniyada qiymətlər demək olar ki, Türkiyə ilə eynidir.

– Bəs, Azərbaycanda tibbi turizmlə bağlı vəziyyət necədir?
– Azərbaycan tibbi turizm üçün geniş imkanları olan ölkələrdəndir. Ən əsası da plastik əməliyyatlar – diş müalicəsi, mədəkiçiltmə, kök hüceyrə əməliyyatları üzrə Azərbaycana turist cəlb etmək mümkündür. Çünki dünyada ən çox qeyd etdiyim sahələr üzrə insanlar xarici ölkələrə səyahət edirlər. Xüsusən də Amerika və Avropada bu sahələr üzrə sığorta olmur və əməliyyat qiymətləri çox baha olur. Bu səbəbdən insanlar xarici ölkələrə üz tuturlar. Təəssüf ki, Azərbaycanda bu sahədə təbliğat zəifdir. İndiki halda bizə zaman lazımdır ki, Azərbaycanı tibbi turizim mərkəzi olaraq tanıdaq. Bunu bacarsaq, tibbi turizm Azərbaycan üçün daha çox gəlir gətirən sahələrdən birinə çevrilər.
– Azərbaycandan daha çox hansı ölkələrə üz tutulur?
– Təxminən 90% insan Türkiyəyə üstünlük verir. Türkiyədə tibb sahəsi yüksək inkişaf edib. Turkiyəyə ən çox hematoloji xəstəliklər, ilik nəqli, orqan nəqli, ortoped travmatoloji əməliyyatlar, neyrocerrahiyyə, "check-up"lar, reabilitasiya ve digər riskli əməliyyatlar üçün müraciət edirlər. Orada hər pasientə individual yanaşırlar. Hər bir pasient üçün özünəməxsus müalicə planı tərtib olunur. Demək, bu yaxınlarda 20 yaşlı pasienti onkoloji müalicə üçün Türkiyəyə göndərdik. Yaxınları elə zənn edirdilər ki, artıq kimya terapiyaya başlayacaq. Lakin həkimlər yüngül dərmanlarla başladılar ki, nəticələrə uyğun sonrakı mərhələlərdə müalicə tətbiq olunsun. Bu da 20 yaşlı qız üçün bir stimul oldu. Digər tərəfdən, qiymətlərə görə də Türkiyəyə üz tutanların sayı çox olur.

– Ziba xanım, “A-Medical” olaraq doğru ölkəni seçməkdə çətinlik çəkənlərə necə kömək edirsiz?
– Pasientlər bu araşdırmaları özləri edən zaman vaxt itirərək xəstəliyin irəliləməsinə səbəb ola bilərlər. Ona görə də biz daha tez və ən uyğun xəstəxananın seçilməsinə kömək edirik. Təbii ki, əvvəlcə xəstəliyin hansı mərhələdə olmasına baxırıq. Əgər diaqnozlar yeni qoyulubsa, o zaman əvvəlki təcrübələrimdən əminliklə deyə bilirəm ki, bu ölkədəki həkim bu xəstələyi uğurlu müalicə edə bilər. Ancaq pasientin özü konkret ölkə nəzərdə tutubsa, onda həmin ölkə üzrə xəstəxana seçməkdə kömək edirik. Biz həm keyfiyyətli, həm də münasib qiymətli tibbi xidmətin göstərilməsi üçün çalışırıq. Ona görə də bizə müraciət edən şəxslər büdcəsinə qənaət etməklə yanaşı, vaxt itkisinin də qarşısını almış olur. Onu da qeyd edim ki, xəstələr bizim şirkət vasitəsilə müalicəyə getdikdə xəstəxana tərəfindən onlara 30%-dək endirimlər edilir. Həmçinin, orada qarşılanma və s. xidmətləri də biz təşkil edirik. Bu da pasiyentlərin işini xeyli asanlaşdırır. Həmçinin onu da bildirmək istəyirəm ki, biz şirkət olaraq korporativ sığorta şirkətləri, xeyriyyə təşkilatları ilə də əməkdaşlıq etməyə hər zaman hazırıq.
(+994 10) 310 93 33 mobil nömrəsi və Amedical.az saytı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Eltac Nurullazadə
