Məzmuna keç

Seçki Məcəlləsinə dəyişiklik təklif edilir

"Gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Biz təklif edirik ki, bələdiyyə seçkiləri sadələşdirilsin".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfransda çıxış edərkən deyib.

"Siyasi partiyaların bələdiyyə seçkilərində iştirakı demək olar ki, çox ağır şərtlər əsasında keçirilir. Prezident seçkiləri ilə bələdiyyə seçkiləri arasında fərq yoxdur. Bələdiyyəyə namizədlə prezidentliyə namizəddən eyni sənədlər tələb olunur. Halbuki bu, yerli özünüidarəetmə seçkiləridir və sadə formada olmalıdır. Çalışırıq ki, Seçki Məcəlləsində bələdiyyə seçkilərinə fərqli yanaşılsın. İstənilən vətəndaş bələdiyyə seçkilərində öz namizədliyini irəli sürsün. O cümlədən siyasi partiyalar da seçkilərdə iştirak etsin", – deyə o bildirib.

Eltac Nurullazadə