Məzmuna keç

Elnur Əliyev: “Qeydiyyatdan keçib gəlməyən uşaqlar bağçadan xaric olunacaq”

Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideyn növbə gözləyir.

E-huquq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O qeyd edib ki, qeydiyyatdan keçib gəlməyən uşaqların bağçadan xaric olunması prosedurunun işlənilməsi nəzərdə tutulur.

“Bunun üçün normativ sənədlərə düzəliş ediləcək. Növbədə dayanan valideynlərin uşaqları bağçaya yerləşdirə bilməsi üçün şərait yaradılmalıdır”,- deyə E.Əliyev əlavə edib.