Cari ilin ilk üç ayı ərzində əhali sektoru üzrə əvəz olunmuş qaz sayğaclarının sayı 43 250 olub.
E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında məlumat verib.
“Həmin sayğacların əvəzinə yeni sayğaclar quraşdırılıb. Hesabat dövründə yeni quraşdırılan smart kart tipli sayğacların sayı 1 9817, mexaniki sayğacların sayı isə 23 433 təşkil edib”, deyə şöbə rəisi əlavə edib.
Şəbnəm Mehdizadə
