Məzmuna keç

Məscid və məbədlərə verilən qazın həcmi açıqlandı

Cari ilin ilk üç ayı ərzində Azərbaycanda fəaliyyət göstərən 415 məscid və dini məbədlərə təbii qazdan əvəzsiz istifadə üçün 5000 kub metr illik limit verilib.

E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında məlumat verib.

“Bu, Azərbaycan dövlətinin tolerantlıq siyasətinin bariz nümunəsidir. “Azəriqaz” İstehsalat Birliyi olaraq biz də üzərimizə düşən missiyanı hər il icra edirik”, – deyə şöbə rəisi vurğulayıb.

Şəbnəm Mehdizadə