Məzmuna keç

XİN: “Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistandan Azərbaycanın suveren ərazisindəki bütün təxribatları dayandırmağı tələb edib.

E-huquq.az xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib.

"Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusuna məxsus hərbi yük maşını qəsdən döşənmiş minaya düşüb, mina partlayıb, 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!", – tvitdə qeyd olunub.