Məzmuna keç

Ötən il istehsalatda baş verən bədbəxt hadisələrin sayı açıqlandı

2022-ci ildə Azərbaycanda istehsalatda 237 bədbəxt hadisə baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyinin Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov məlumat verib.

O bildirib ki, bu göstərici 2021-ci ildə 301 olub: "Ötən il istehsalatda baş verən bədbəxt hadisələr zamanı 34 nəfər vəfat edib, 247 nəfər isə xəsarət alıb. 2021-ci illə müqayisədə bu göstəricilər müvafiq olaraq 33 faiz və 20 faiz azalıb”.

Şəbnəm Mehdizadə