Məzmuna keç

Milli Məclisin deputatı Qazaxıstana səfər edəcək

Milli Məclisin deputatı Qazaxıstana səfər edəcək

Milli Məclisin deputatı, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev “Prezidentlik İnstitutu: Qazaxıstan modeli” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransda, iştirak etmək üçün noyabrın 26-dan Qazaxıstanın Nur-Sultan şəhərində səfərdə olacaq.

E-huquq.az xəbər verir ki, səfər çərçivəsində millət vəkili qeyd edilən tədbirdə Qazaxıstanda prezidentlik institutunun yaradılması, ölkənin birinci prezidenti – Nursultan Nazarbayevin Qazaxıstan dövlətçiliyinin müasir dövrdə möhkəmləndirilməsində, parlamentarizm ənənələrinin yaradılmasında və inkişafında roluna həsr olunmuş müzakirələrə qatılacaq.

Səfər noyabrın 28-də başa çatacaq.